İslamabaddakı ABŞ-İran danışıqlarında nümayəndə heyətlərinə ABŞ vitse-prezidenti Cey Di Vens və İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf rəhbərlik edəcək.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” İranın ISNA agentliyinə istinadən məlumat yayıb.
Xatırladaq ki, İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-i gecəsi iki həftəlik atəşkəs barədə razılığa gəliblər.
İran öz tərəfindən bəyan edib ki, bu müddət ərzində İranın Silahlı Qüvvələri ilə koordinasiya və texniki məhdudiyyətlər nəzərə alınmaqla Hörmüz boğazından təhlükəsiz keçid təmin olunacaq.
Pakistan Baş naziri Şahbaz Şərif ABŞ və İran nümayəndə heyətlərini aprelin 10-da İslamabadda danışıqlar aparmağa dəvət edib.