Əsas məzmuna keç

Vatsapda yayılan xəbərdarlıq mesajı barədə AÇIQLAMA

Vatsapda yayılan xəbərdarlıq mesajı barədə AÇIQLAMA

Son günlər platformasında Daxili İşlər Nazirliyi adından göndərildiyi iddia edilən xəbərdarlıq mesajları yayılıb. Belə ki, sözügedən mesajda vətəndaşlardan diqqətli olmaları, mənzillərin ətrafında özlərini daxili işlər işçisi kimi təqdim edən bir qrup şəxsə inanmamaları vurğulanıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, vatsap qruplarında adından xəbərdarlıq məzmunlu mətnlər feykdir.

“Bununla bağlı tərəfimizdən hər hansı məlumat paylaşılmayıb. Naməlum şəxslərin hansısa yoxlama, sorğu aparması ilə bağlı orqanlarına hər hansı məlumat daxil olmayıb”, - rəsmi qurum bəyan edib.

Vatsapda yayılan xəbərdarlıq mesajı barədə AÇIQLAMA

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…