Operativ Məlumat Mərkəzi

Vatikan 2500 illik heykəlləri Yunanıstana qaytarır

1 dəq
Paylaş:
Vatikan 2500 illik heykəlləri Yunanıstana qaytarır
çərşənbə axşamı  Vatikanda xadimlərin iştirak etdiyi mərasimdə  2500 illik at, saqqalı kişi və oğlan başlarını əks etdirən parçaların "bağışlanması" ilə...

Vatikan son 200 il ərzində Vatikan muzeylərinin kolleksiyasında yer alan 3 Parfenon heykəlinin geri qaytarılmasına dair müqavilə imzalayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" CNN -ə istinadən xəbər verir ki, çərşənbə axşamı Vatikanda xadimlərin iştirak etdiyi mərasimdə 2500 illik at, saqqalı kişi və oğlan başlarını əks etdirən parçaların "bağışlanması" ilə bağlı imzalar atılıb.

Vatikan heykəlləri 2021 -ci ildə Papa Fransiskinin Afina Kilsəsinin rəhbəri ilə görüşündən sonra dekabrda qaytarılmağı planlaşdırılmışdı.

Rəsmilər heykəllərin martın 24 -də qəti şəkildə Afinaya təhvil veriləcəyini bildirib.

Qeyd edək ki, Papanın bu jesti "tarixi hadisə" kimi qiymətləndirilib və "təqlid olunmasının" arzuolunan hal olduğu bildirilib

Bu xəbəri paylaş

Oxşar xəbərlər