Vardanyanın Moskvadan Xankəndiyə qayıtdığı bildirilir

Vardanyanın Moskvadan Xankəndiyə qayıtdığı bildirilir
13.02.2023 22:42
Aa
dəq

Qarabağ separatçılarının qondarma “dövlət naziri” postunu tutan milyarder Ruben Vardanyanın Xankəndidə olduğu barədə məlumat yayılıb.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, “Hraparak”ın məlumatına görə, Vardanyan fevralın 13-də tabeliyindəki “rəhbər heyətin” iştirakı ilə işçi məsləhətləşmə keçirib.

Bildirilir ki, mövcud vəziyyəti təqdim edən R.Vardanyan görüləcək çox işin olduğunu söyləyib. Onun separatçıların rəhbər heyətində təmsil olunan şəxslərə müxtəlif tapşırıqlar verdiyi deyilir.

Qeyd edək ki, Ermənistan KİV-ləri ötən həftə Ruben Vardanyaın Moskvaya getdiyini yazmışdı.

Həmin məlumatlarda bildirilirdi ki, Rusiyanın Qarabağla bağlı mövqeyini aydınlaşdırmaq üçün əvvəlcə Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan, ardınca isə Ruben Vardanyan Moskvaya gedib. Mətbuat bu iki şəxsin son vaxtlar yola getmədiyi və aralarındakı gərginliyin dərinləşdiyini yazır. Ehtimal olunur ki, Moskva onlardan hansı ilə işləyəcəyinə tezliklə aydınlıq gətirəcək.

Həftənin ən çox oxunanları

Laçınlılara ŞAD XƏBƏR VAR

Laçınlılara ŞAD XƏBƏR VAR
DAVAMIN OXU davamın oxu

Putin Laçın ilə bağlı ŞAD XƏBƏR VERDİ

Putin Laçın ilə bağlı ŞAD XƏBƏR VERDİ
DAVAMIN OXU davamın oxu

Laçın gələn il MDB-nin mədəniyyət paytaxtı olacaq

Laçın gələn il MDB-nin mədəniyyət paytaxtı olacaq
DAVAMIN OXU davamın oxu

Prezident ŞAD XƏBƏR VERDİ

Prezident ŞAD XƏBƏR VERDİ
DAVAMIN OXU davamın oxu

Ermənistanın Gəncəni ilk dəfə raket atəşinə tutmasından dörd il ötür

Ermənistanın Gəncəni ilk dəfə raket atəşinə tutmasından dörd il ötür
DAVAMIN OXU davamın oxu