“Vaqner” Xüsusi Hərbi Şirkətinin silahlı qiyamından sonra Rusiyada Ukrayna ilə danışıqları dəstəkləyənlərin sayı artıb.
"Operativ Məlumat Mərkəzi-OMM" “Blomberq”ə istinadən xəbər verir ki, bu barədə müstəqil Levada Mərkəzinin keçirdiyi rəy sorğusunun nəticəsində məlum olub.
Bildirilib ki, danışıqları dəstəkləyən respondentlərin nisbəti əvvəlki ayla müqayisədə 8 faiz artaraq 53%-ə çatıb.
Hərbi əməliyyatların davam etdirilməsini isə cəmi 39 faiz respondent dəstəkləyib.
Sorğunun nəticəsinə əsasən rusların böyük əksəriyyəti müharibənin ən yaxın vaxtda bitməsini istəyir.