Yaponiyanın mərkəzi hissəsində 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsi (JMA) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanlardan dərhal sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilsə də, bir neçə dəqiqə sonra bu xəbərdarlıq ləğv olunub.
TASS-ın yaydığı xəbərə əsasən, zəlzələnin təsirləri paytaxt Tokioda da hiss edilib. Şəhərdə bəzi binalarda qab-qacaq yerə düşüb, mebellər isə yellənib.
Hazırda dağıntılar və ya xəsarət alanlarla bağlı rəsmi məlumat verilməyib.
Qeyd edək ki, iyunun 12-də Yaponiya hökuməti Tokio bölgəsində baş verə biləcək güclü zəlzələlərə hazırlıq məqsədilə ölkənin əsas 10 illik fövqəladə vəziyyət planına yenidən baxıb.