Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Xomeyni anım mərasimi: Tehrana minlərlə insan axın etdi

2 dəq
Paylaş:
Xomeyni anım mərasimi: Tehrana minlərlə insan axın etdi

İranın müxtəlif bölgələrindən minlərlə insan cümə axşamı paytaxt Tehranda toplaşaraq İslam İnqilabının banisi Xomeyninin vəfatının 37-ci ildönümünü qeyd edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, mərasim Tehranın cənubunda İmam məqbərəsində keçirilib. Ölkənin müxtəlif şəhər və kəndlərindən gələn iştirakçılar arasında bəzilərinin paytaxta piyada gəldiyi bildirilib.

Tədbir çərçivəsində İranın Məhkəmə Sisteminin rəhbəri Qulam-Hüseyn Mohseni Ejei və Məhəmməd Cəfər Montazeri də daxil olmaqla bir sıra yüksək vəzifəli rəsmilər də iştirak ediblər.

Mərasimdə həmçinin İslam İnqilabının hazırkı lideri Ayətullah Seyid Müctəba Xameneinin müraciətinin oxunacağı bildirilib.

Qeyd olunub ki, İmam Xomeyninin vəfatının ildönümü hər il geniş kütləni bir araya gətirərək ölkədə birliyə çağırış kimi qiymətləndirilir. Bu il isə müharibə şəraiti səbəbindən xarici səfirlərin və digər qonaqların tədbirdə iştirak etmədiyi bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax