ABŞ və İsrailə məxsus döyüş təyyarələri Tehrandakı Şərif Texnologiya Universitetinin məlumat mərkəzini hədəfə alıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, İranın süni intellekt infrastrukturunu dəstəkləyən obyekt vurulsa da, itki qeydə alınmayıb.
Həmin obyektin ölkənin süni intellekt platforması ilə yanaşı, minlərlə rəqəmsal xidmət üçün infrastruktur təmin etdiyini bildirib.
İranın ən nüfuzlu ali təhsil müəssisələrindən biri hesab olunan universitetin rektoru Məsud Tehrançi hücumdan sonra yayımladığı videomüraciətdə universitetin elm və mədəniyyətin yayılmasına həsr olunmuş bir qurum olduğunu vurğulayaraq baş verənləri pisləyib.
Hücum nəticəsində insan tələfatı qeydə alınmayıb.