Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

NATO Sammitinin gərgin atmosferdə keçəcəyindən narahatdırlar

1 dəq
Paylaş:
NATO Sammitinin gərgin atmosferdə keçəcəyindən narahatdırlar

ABŞ rəsmiləri NATO-nun Ankarada keçiriləcək sammitinin problemsiz keçəcəyinə tam əmin olmadıqlarını bildirirlər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, buna səbəb gərgin siyasi atmosfer və ABŞ Prezidenti Trampın müttəfiqlərinin davranışından narazı qalmasıdır.

Məlumata əsasən, liderləri sammitin ciddi qarşıdurma olmadan başa çatacağına ümid edir. Bu məqsədlə onlar Trampın narazılığını azaltmaq üçün yeni müdafiə öhdəlikləri açıqlamağı planlaşdırırlar.

Donald isə iyunun sonunda verdiyi açıqlamada NATO sammitində yalnız Prezidenti Rəcəb Tayyib Ərdoğana hörmət əlaməti olaraq iştirak edəcəyini bildirib.

“Sammit Ərdoğanın ev sahibliyi ilə Türkiyədə keçirilməsəydi, yəqin ki, iştirak etməzdim”, – Tramp qeyd edib.

Xatırladaq ki, NATO sammiti iyulun 7–8-də Türkiyənin paytaxtı Ankarada keçirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax