Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ-də meşə yanğınları böyüyür: 60 min nəfər təxliyə edildi

2 dəq
Paylaş:
ABŞ-də meşə yanğınları böyüyür: 60 min nəfər təxliyə edildi

ABŞ-nin ştatının Spokane bölgəsində davam edən ciddi təhlükə yaratmaqda davam edir.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat yayıb.

Məlumata görə, bölgədə qeydə alınan 15 ayrı yanğın ocağı ümumilikdə təxminən 101 min hektar ərazini əhatə edib. Hazırda alovun qarşısını almaq üçün genişmiqyaslı söndürmə işləri aparılsa da, yanğınlar hələ də tam nəzarət altına alınmayıb.

Rəsmi məlumatlara əsasən, yanğın təhlükəsi səbəbindən Spokane bölgəsində yaşayan təxminən 60 min nəfər edilib. nəticəsində 600-dən çox tikili tamamilə yararsız vəziyyətə düşüb.

Spokane şəhərinin meri Lisa Brown keçirdiyi mətbuat konfransında baş verənləri bölgə tarixinin ən böyük təbii fəlakəti kimi qiymətləndirib.

ABŞ Milli Hava Xidməti (NWS) isə bölgədə müşahidə olunan hava şəraitinin yanğınların yayılması üçün əlverişli olduğunu bildirib. Məlumata görə, saatda 56 kilometr sürətlə əsən güclü küləklər və aşağı rütubət səviyyəsi yanğın riskini yüksək saxlayır.

Qeyd edək ki, Vaşinqton ştatının qubernatoru Bob Ferguson avqustun 1-də ştat ərazisində fövqəladə vəziyyət elan edib. O, həmçinin ABŞ Prezidenti Donald Tramp ilə apardığını və dövlət başçısının yanğından zərər çəkən əhaliyə dəstəyini ifadə etdiyini açıqlayıb.

Başlıq: ABŞ-də meşə yanğınları böyüyür: 60 min nəfər təxliyə edildi

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax