Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Pekində güclü yağışlar səbəbindən 2-ci dərəcəli sel xəbərdarlığı elan edilib

2 dəq
Paylaş:
Pekində güclü yağışlar səbəbindən 2-ci dərəcəli sel xəbərdarlığı elan edilib

Çinin paytaxtı Pekində “Dolphin” qasırğasının gətirdiyi güclü səbəbindən tədbirləri gücləndirilib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, rəsmi qurumların məlumatına görə, şəhərin əksər rayonlarında 6 saat ərzində 100 millimetrdən çox yağıntı düşəcəyi proqnozlaşdırılır.

Məlumata görə, sutka ərzində yağıntının miqdarının 150 millimetrə çatacağı gözlənilir.

Yaranmış vəziyyətlə əlaqədar hakimiyyət orqanları 2-ci dərəcəli fövqəladə vəziyyət planını tətbiq edib.

Təhlükəsizlik tədbirləri çərçivəsində drenaj sistemləri və sel əleyhinə maneələr hazır vəziyyətə gətirilib. Daşqın riski yüksək olan ərazilərdə yaşayan sakinlərin isə təhlükəsiz ərazilərə təxliyə edildiyi bildirilib.

Qeyd edək ki, “Dolphin” qasırğasının təsiri zəifləməyə başlasa da, Çinin şərq və mərkəzi bölgələrində və leysan yağışları səbəbindən yüksək həyəcan siqnalı qüvvədə qalır.

Təbii fəlakətin daha çox təsir göstərdiyi Cıciang, Şanxay və Fucien əyalətlərində 1 milyondan çox insanın təhlükəsiz ərazilərə köçürüldüyü qeyd olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax