Britaniya müdafiə nazirinin Rusiya Prezidenti ilə bağlı açıqlaması Norveçli ekspert tərəfindən istehza ilə qarşılanıb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Cənub-Şərqi Norveç Universitetinin professoru Qlenn Dizen Britaniyanın müdafiə naziri Con Heylinin Rusiya Prezidenti Vladimir Putini “oğurlamaq” niyyəti ilə bağlı səsləndirdiyi fikirləri lağa qoyub.
Dizen paylaşımında yazıb: “2026-cı ildə böyük dövlətlər siyasəti: dünyanın ən böyük nüvə dövlətinin prezidenti ilə danışıqlar apara bilmərik, amma onu qaçırmalıyıq.”
Professor əlavə edib ki, hazırda Böyük Britaniyanı beynəlxalq arenada Con Heyli kimi şəxslər təmsil edir və bu da rəsmi Londonun yanaşmasının səviyyəsini açıq şəkildə nümayiş etdirir.