Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Norveçdə Epşteyn işi ilə bağlı keçmiş baş nazirə qarşı istintaq başladı

2 dəq
Paylaş:
Norveçdə Epşteyn işi ilə bağlı keçmiş baş nazirə qarşı istintaq başladı

Norveçin İqtisadi və Cinayətləri Agentliyi (Oekokrim) Epşteynin işi ilə bağlı materialların dərc olunmasından sonra korrupsiya şübhəsi ilə ölkənin keçmiş , Norveç Nobel Komitəsinin keçmiş sədri və Avropa Şurasının keçmiş Torbyorn Yaqland barəsində araşdırmaya başlayıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, müvafiq nəşrin məlumatına görə, Oekokrim istintaqın başlanması üçün ağlabatan əsasların mövcud olduğunu bildirib. Qeyd olunub ki, Yaqland dərc edilmiş sənədlərin əhatə etdiyi dövrdə Nobel Komitəsinin sədri və Avropa Şurasının baş katibi vəzifələrini tutub.

Xatırladaq ki, yanvarın 30-da ABŞ Ədliyyə Nazirliyi Ceffri işi ilə bağlı yeni sənədlər toplusunu dərc edib. Sənədlərə Böyük Britaniya kralı III Çarlzın kiçik qardaşına bənzədiyi iddia edilən bir şəxsin fotoşəkilləri də daxil edilib.

Ceffri Epşteyn 2002–2005-ci illər arasında onlarla yetkinlik yaşına çatmayan qızları Nyu-Yorkdakı evinə və şəxsi adasına səfərlər təşkil etməkdə ittiham olunurdu. Müstəntiqlərin məlumatına görə, zərərçəkənlərin ən kiçiyinin 14 yaşı olub. Epşteyn 2019-cu ilin avqustunda həbsxana kamerasında huşsuz vəziyyətdə tapılıb və onun həyatını xilas etmək mümkün olmayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax