Nigeriyada paketlənmiş narkotik vasitə satdığı şübhəsi ilə 101 yaşlı qadın Esther Ogunmabonu saxlanılıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, əməliyyat zamanı yaşlı qadının üzərindən güclü kannabis növü olan 90 qram “skunk” aşkarlanıb.
O, açıqlamasında dükanının yanaraq kül olmasından sonra narkotik satışına başladığını bildirib. Qadının sözlərinə görə, Laqosda yaşayan qızı hər dörd gündən bir ona narkotik vasitə gətirir, o isə maddəni pərakəndə şəkildə satır.
Ogunmabonun yaşı nəzərə alınaraq sərbəst buraxılıb və məsləhət xidmətinə yönləndirilib. Narkotikin tədarükünü təşkil etdiyi müəyyən edilən qızı isə saxlanılıb.
Nigeriya rəsmiləri 101 yaşlı şəxsin narkotik alveri ilə əlaqəli saxlanılmasını qeyri-adi hadisə kimi qiymətləndiriblər.