Kanadada azyaşlı sərnişinin təyyarədə öz yerində oturmaqdan imtina etməsi səbəbindən uçuş ləğv edilib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, şirkət sözçüsü Brad Cicero-nun açıqlamasına görə, valideynlərin və kabin heyətinin bütün cəhdlərinə baxmayaraq, uşaq yerinə oturmayıb. Nəticədə təyyarə uçuş-enmə zolağından terminala geri qayıtmalı olub.
Məlumata görə, uşağın və valideyninin təyyarədən endirilməsi, baqajların boşaldılması və digər prosedurların həyata keçirilməsi uzun vaxt aparıb. Bu səbəbdən “Victoria Hava limanı”nın uçuş-enmə zolağının bağlanması uçuşun həmin gecə həyata keçirilməsinə imkan verməyib.