Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Kahramanmaraşda 6 əsrlik tarixi bazar bərpa edilərək yenidən istifadəyə verilib

2 dəq
Paylaş:
Kahramanmaraşda 6 əsrlik tarixi bazar bərpa edilərək yenidən istifadəyə verilib

Türkiyənin Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin koordinasiyası və "TOKİ"-nin (Toplu Konut İdaresi Başkanlığı) icraçılığı ilə Dulkadiroğlu rayonunda təxminən 6 tarixə malik ticarət mərkəzində işləri başa çatıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ümumi sahəsi 2 min 700 kvadratmetr olan və “Bezirganlar”, “Kavaflar” və “Alacacılar” çarşılarını əhatə edən kompleksdə 140 dükanın 18-i rekonstruksiya üsulu ilə yenidən inşa edilib, 122-si isə restavrasiya olunub.

Məlumata görə, bərpa prosesində memarlıq üslubunun qorunmasına xüsusi diqqət yetirilib. Lazımi hissələrdə bölgəyə məxsus daşlardan istifadə olunaraq uyğunlaşdırma işləri aparılıb. Eyni zamanda, obyektin elektrik, işıqlandırma, yanğın təhlükəsizliyi və yağış sularının drenaj sistemi müasir standartlara uyğun şəkildə tamamilə yenilənib.

"TOKİ"-nin inşaat mütəxəssisi Taha Selvi bildirib ki, layihənin əsas məqsədi tarixi kimliyi qorumaqla yanaşı, çarşını müasir infrastrukturla təmin etmək olub. Onun sözlərinə görə, istifadə olunan materiallar Kahramanmaraşın orijinal tikinti daşları ilə uyğunluq təşkil edir, dükanların sahələri isə 3 ilə 49 kvadratmetr arasında dəyişir.

Bildirilib ki, bərpa olunan çarşıların yenidən istifadəyə verilməsi yerli sahibkarlar tərəfindən müsbət qarşılanıb. Hazır Ayaqqabıçılar Palatasının sədri İsmət Köftə zəlzələdən sonra fəaliyyətlərini müvəqqəti konteynerlərdə davam etdirdiklərini xatırladaraq, tarixi ticarət məkanının yenidən açılmasını mühüm addım kimi qiymətləndirib.

Uzun illərdir çarşıda ticarətlə məşğul olan sahibkarlar Hacı Köse və Ömer Ergin isə bərpa işlərinin gözləntiləri aşdığını bildirərək, layihənin həm şəhər iqtisadiyyatı, həm də yerli ticarətin canlanması üçün böyük əhəmiyyət daşıdığını qeyd ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax