İranın təhsil naziri Əlirza Kazemi bildirib ki, fevralın sonundan bəri ABŞ və İsrailin ölkədəki hərbi əməliyyatlarında 310 şagird və müəllim həlak olub.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə məlumatı "Mehr" yayıb.
Nazir qeyd edib ki, 750-dən çox məktəbə ziyan dəyib və 200-dən çox şagird və müəllim müxtəlif dərəcəli xəsarətlər alıb.
Kazemi əlavə edib ki, İran bu baxımdan UNESCO və UNICEF-ə müraciət edərək iranlı uşaqlar üçün ədalət tələb edib.