Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Gəncədə 1,6 milyonluq heroin tapıldı

2 dəq
Paylaş:
Gəncədə 1,6 milyonluq heroin tapıldı

Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən keçirilən xüsusi nəticəsində irimiqyaslı narkotiklərin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”Daxili İşlər Nazirliyindən məlumat verilib.

Tədbir zamanı narkokuryerlikdə şübhəli bilinən 33 yaşlı Ədil saxlanılıb. Onun əlindəki idman çantasından yüksək təsiredici xassəyə malik 27 kiloqram 475 qram aşkarlanaraq maddi sübut kimi götürülüb.

Saxlanılan şəxs ifadəsində bildirib ki, narkotik vasitələri sosial şəbəkədə tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə edib. O, həmin maddələri şəhər ərazisində müxtəlif ünvanlara çatdırmağı planlaşdırıb.

Rəsmi məlumata görə, Ə. Ədilovdan aşkar olunan heroinin "qara bazar"da dəyəri 1 milyon 600 məbləğində qiymətləndirilir.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində başlanılıb. Məhkəmənin qərarı ilə Ə. Ədilov barəsində həbs qətimkan tədbiri seçilib və hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax