Bəzi Aİ üzv ölkələrinin liderləri ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirməsi halında digər Avropa ərazilərinin də növbəti hədəf ola biləcəyindən narahatdırlar.
“Operativ Məlumat Mərkəzi–OMM” xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Məqalədə qeyd olunur ki, əksəriyyəti NATO üzvü olan bəzi Aİ liderləri hesab edirlər: Əgər Avropa bloku Trampın Qrenlandiyanı ələ keçirməsinə imkan verərsə, bu, gələcəkdə digər Avropa ərazilərinə qarşı da oxşar addımlar üçün presedent yarada bilər.
WSJ-nin yazdığına görə, yaranmış vəziyyət hərbi alyansın bütövlüyünü təhdid edir və Ukrayna ətrafında mövcud vəziyyətə də təsir göstərə bilər.
Qeyd edək ki, dünən NATO-nun baş katibi Mark Rutte ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. Görüş zamanı Qrenlandiya və Arktika regionunda təhlükəsizlik məsələləri müzakirə olunub.