Banqladeşdə davam edən qızılca epidemiyası zamanı son 24 saat ərzində daha 4 uşaq həyatını itirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, bununla da ölkədə qızılca epidemiyası ilə əlaqədar ölən uşaqların sayı 712-yə yüksəlib.
Məlumata görə, son 24 saat ərzində daha 941 yeni şübhəli qızılca halı qeydə alınıb.
Belə ki, ümumi şübhəli yoluxma sayı 99 min 207-yə çatıb.
Aprelin 10-dan etibarən qızılca şübhəsi ilə xəstəxanaya yerləşdirilənlərin sayı 82 min 844 olub. Onlardan 79 min 152 nəfər müalicə aldıqdan sonra evə buraxılıb.
Xatırladaq ki, Banqladeş hökuməti aprelin 7-də çoxlu sayda uşağın qızılca şübhəsi ilə həyatını itirməsindən sonra ölkə üzrə təcili peyvənd kampaniyasına başlanması barədə qərar qəbul etmişdi.