Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz satışı və dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı 48 yaşlı Rizvan Fərəcov saxlanılıb. Şəxs əvvəllər məhkum olunub.
Daxili İşlər Nazirliyinin "Operativ Məlumat Mərkəzi-OMM"-ə verdiyi məlumata görə, əməliyyat zamanı R.Fərəcovdan 2 kiloqram 430 qram marixuana və 1 kiloqram 117 qram heroin, ümumilikdə isə 3 kiloqram 547 qram narkotik vasitə aşkarlanıb.
Saxlanılan şəxs ifadəsində narkotikləri satış məqsədilə əldə etdiyini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb və R.Fərəcov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.