Bakının Nəsimi rayonunda borc tələb edərkən tanışını talamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, hadisə ilə bağlı polisə müraciət edən şəxs bildirib ki, parkların birində tanışı ona fiziki zor tətbiq edərək 106 manat və mobil telefonunu talayıb.
Keçirilən əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş 37 yaşlı Z.Tağıyev müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı məlum olub ki, Z.Tağıyev əvvəlcə zərərçəkəndən borc pul tələb edib, sonuncu imtina etdikdən sonra isə hadisəni törədib.
Faktla bağlı araşdırmalar davam etdirilir.