Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycana Türkiyədən qanunsuz zərgərlik məmulatı gətirilməsinin qarşısı alınıb

2 dəq
Paylaş:
Azərbaycana Türkiyədən qanunsuz zərgərlik məmulatı gətirilməsinin qarşısı alınıb

Dövlət Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində qanunvericiliyin tələbləri pozulmaqla gömrük sərhədindən keçirilməsinə cəhd göstərilən məmulatları, preparatları və siqaretlər aşkar edilib.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə Komitəyə istinadən xəbər verir.

Məlumata görə, -Bakı aviareysi ilə gələn 2 nəfər vətəndaşının çamadanlarına və əl yüklərinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib və monitorda şübhəli cizgilər müşahidə olunduğundan əsaslı gömrük yoxlaması aparılıb.

Yoxlama zamanı çamadanlardan, əl yüklərindən və uşaq arabasından gömrük nəzarətindən gizlədilən, yazılı və ya şifahi formada gömrük orqanına bəyan edilməyən və 334 qram qızıl-zinət əşyaları, 2 264 həb, 84 kapsul, 47 flakon və 14 iynədən ibarət 8 adda dərman preparatları, məcburi nişanlanma ilə nişanlanmamış 1 200 ədəd siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax