Bakıda və Abşeron yarımadasında fevralın 4–6-da hava şəraitinin fasilələrlə yağıntılı olacağı proqnozlaşdırılır.
Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, fevralın 4-ü gün ərzində, 5-i isə gecə saatlarında bəzi ərazilərdə yağışın sulu qara keçməsi ehtimal olunur.
Azərbaycanın rayonlarında isə fevralın 3-ü axşamdan 5-i səhərədək arabir yağıntılı hava şəraiti gözlənilir.
Ayrı-ayrı yerlərdə qar yağacağı, bəzi bölgələrdə isə yağıntıların intensivləşəcəyi bildirilir.
Fevralın 4–6-da dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlaması ehtimalı var. Sinoptiklərin məlumatına görə, ölkə üzrə havanın temperaturu əvvəlki günlərlə müqayisədə tədricən 5–10 dərəcə aşağı enəcək.