Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Bakıya qar yağacaq: Sabahın proqnozu

2 dəq
Paylaş:
Bakıya qar yağacaq: Sabahın proqnozu

Azərbaycanda fevralın 10-da hava şəraitinin kəskin dəyişəcəyi və qar yağacağı gözlənilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və yarımadasında bəzi yerlərdə arabir yağıntılı olacağı, qara və qara keçəcəyi proqnozlaşdırılır. Gün ərzində yağıntıların -ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Eyni zamanda, güclü -qərb əsəcək.

Paytaxtda havanın temperaturu gecə və gündüz 1-4 dərəcə isti olacaq. Atmosfer təzyiqi kəskin artaraq 756 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət isə 80-85 % təşkil edəcək.

Azərbaycanın rayonlarında da bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı ərazilərdə yağıntıların intensiv xarakter alacağı ehtimal edilir. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi isə ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Rayonlarda havanın temperaturu gecə 0-5 dərəcə, gündüz 5-8 dərəcə isti, dağlarda isə gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta təşkil edəcək.

Sürücülərin diqqətinə: Gecə və səhər saatlarında əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax