Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

"TikTok"da tələbə fotolarını yayan şəxsə cinayət işi açıldı

2 dəq
Paylaş:
"TikTok"da tələbə fotolarını yayan şəxsə cinayət işi açıldı

Daxili İşlər Nazirliyi (DİN) tərəfindən tələbələrin fotolarını montaj edərək yayan və şantaj edən şəxs barəsində başladılıb.

“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, hadisə ilə bağlı Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) çoxsaylı müraciətlər daxil olub.

Müraciətlərdə qeyd olunub ki, naməlum şəxs Bakı Dövlət Universiteti və digər müəssisələrinin hüquq fakültəsi tələbələrinin şəkillərini montaj edərək üzərinə təhqiramiz ifadələr yazıb. Həmin şəxs sosial şəbəkələrdə paylaşılan bu görüntülərin silinməsi müqabilində tələbələrdən pul tələb edib.

Kiberpolisin həyata keçirdiyi -texniki tədbirlər nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən 28 yaşlı Fəxri Cəbrayılov saxlanılıb.

Araşdırmalarla müəyyən olunub ki, F.Cəbrayılov “TikTok” sosial şəbəkəsində “hüquq tələbələri” etiketi ilə axtarış edərək müxtəlif şəxslərin görüntülərini əldə edib. Daha sonra o, həmin görüntüləri proqramları vasitəsilə montaj edərək, təhqiramiz yazılarla saxta hesablarda paylaşıb.

Saxlanılan şəxs foto və videoların silinməsi üçün ona müraciət edən tələbələrdən müxtəlif məbləğlərdə pul tələb edib. Faktla bağlı Baş İdarədə başlanılıb. F.Cəbrayılova Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ittiham elan olunub və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax