Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Dövlət qurumlarına müraciətlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə cavablandırılması təsdiqlənib

2 dəq
Paylaş:
Dövlət qurumlarına müraciətlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə cavablandırılması təsdiqlənib

Milli Məclisin plenar iclasında vətəndaşların dövlət qurumlarına ünvanladıqları müraciətlərin İnformasiya Sistemi (EHİS) vasitəsilə cavablandırılmasını tənzimləyən yeni normalar edilib. "Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dəyişikliklər "Vətəndaşların müraciətləri haqqında" qanun layihəsi çərçivəsində müzakirə olunub.

Dəyişikliyə əsasən, vətəndaşlar müraciətlərinin cavablandırılması üsulu kimi elektron ünvan, poçt ünvanı və ya EHİS-i seçə bilərlər. EHİS üzərindən cavablandırılma tələb edildikdə, fiziki şəxslərdən fərdi identifikasiya nömrəsi (FİN), şəxslərdən isə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) tələb olunacaq. Elektron ünvan seçimi edildikdə isə ünvanın qeyd edilməsi zəruridir.

Qanun layihəsində qəbula yazılma qaydaları da dəqiqləşdirilib:

  • Vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlə, rəsmi resursları və ya EHİS üzərindən elektron imza ilə qəbula yazıla bilərlər.
  • Qəbul günü vətəndaş şəxsiyyət vəsiqəsini, nümayəndə vasitəsilə müraciət edildikdə isə səlahiyyətləri təsdiq edən sənədi təqdim etməlidir.

Elektron müraciətlər qurumların rəsmi internet səhifələri, vəzifəli şəxslərin elektron ünvanları və ya EHİS vasitəsilə təqdim edilə bilər. Dəyişikliklər elektron hökumət sahəsində fəaliyyətin səmərəliliyini artırmaq, idarəetməni optimallaşdırmaq və xidmət keyfiyyətini yüksəltmək məqsədi daşıyır. Layihə səsvermə nəticəsində üçüncü oxunuşda qəbul edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax