Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Balakən və Şəkidə yağıntılar intensivləşdi

2 dəq
Paylaş:
Balakən və Şəkidə yağıntılar intensivləşdi

Azərbaycanda şəraiti ilə bağlı ən son məlumatlar açıqlanıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin 13 aprel saat 10:00-a olan hesabatına əsasən, ölkə ərazisində qeyri-sabit hava davam edir; bəzi yerlərdə arabir şimşək çaxır, yağış yağır. Xüsusilə -Şəki bölgəsində intensiv xarakterlidir, dağlıq ərazilərdə isə qar yağır.

Dağlıq ərazilərdə qar örtüyünün hündürlüyü Şahdağda 90 sm, Zaqatalada (Əlibəy) 27 smQrızda 10 sm təşkil edib. Digər bölgələrdə — Daşkəsən və Xınalıqda 8 sm, Gədəbəydə 5 sm, Qax (Sarıbaş) və Qusarda (Laza) 4 sm, Kəlbəcərdə 3 sm, Laçında 2 sm, Şuşa və Xankəndidə isə 1 sm qar qeydə alınıb.

Düşən yağıntının miqdarı Oğuz və Balakəndə 38 mm, Qaxda 32 mm, Şəkidə 31 mm, Mingəçevirdə 23 mm, Yevlaxda 19 mm, Qəbələdə 18 mm, Sədərəkdə 17 mm, Goranboyda 15 mmNaftalanda 14 mm olub. Həmçinin Şahbuz və Ağdamda 9 mm, Qusar və Göyçayda 8 mm, Tərtərdə 7 mm, Culfada 6 mm, Bərdə və Ordubadda 5 mm, Lənkəran, Quba, Şərurda 4 mm, Ağstafa və Zərdabda 3 mm yağıntı düşüb.

Qalan ərazilərdə — Yardımlı, İsmayıllı, Xızı, Şamaxı, Göygöldə 2 mm, Naxçıvan, Gəncə, Qobustan, Şabran, Xaçmaz, Ağsu, Sabirabad, İmişli, Kürdəmir, Biləsuvar, Astara, Lerik, Qubadlı, Xocalı və Füzulidə isə 1 mm-dək yağıntı müşahidə edilib.

Ölkə ərazisində güclü şimal-qərb əsib. Küləyin maksimal sürəti Bakıda və yarımadasında 28 m/s-dək, Mingəçevirdə 22 m/s, Yevlaxda isə 21 m/s-dək güclənib.

Bəzi bölgələrdə, o cümlədən Daşkəsən, Göygöl, Şəki, Quba, Qax (Sarıbaş), Zaqatala, Qobustan, Şamaxı, Xızı, Balakən və Lerikdə duman müşahidə olunur. Bu ərazilərdə görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hava

Hamısına bax