Əsas məzmuna keç

Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb

Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb

Sinoptiklərin proqnozuna görə, şimal və qərb rayonlarında qeydə alınan qeyri-sabit hava şəraiti davam edəcək. Temperatur enişi gözlənilirmi? Detallar burada.

en ru

Azərbaycanın əksər rayonlarda əsasən yağmursuz keçib, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıb, çaxıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu, Milli Hidrometeorologiya Xidmətinin avqustun 29-u saat 11:00-a olan məlumatında qeyd edilib.

Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub. Düşən yağıntının miqdarı Balakəndə 8, Kəlbəcər, Gədəbəydə 7, Daşkəsəndə 5, Göygöldə 4, Goranboyda 3, Sədərəkdə 2, Şəki, Tovuz, Şahdağ, Şəmkir, Gəncə, Naxçıvan, Şərur, Şahbuzda 1 mm-dək qeydə alınıb.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və yarımadasında 20 m/s, Culfada 17 m/s, Naxçıvanda isə 16 m/s-yə çatır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 36, Aran rayonlarında 35, dağlıq rayonlarda isə 25 dərəcəyədək isti müşahidə olunub.

Hava proqnozu

25° Bakıda indiBuludlu
  1. Bu gün Tutqun 25° 21°
  2. Sabah Tutqun 26° 21°
  3. Birigün Günəşli 25° 21°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…