Əsas məzmuna keç

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Milli Hidrometeorologiya Xidməti Bakı və bölgələrdə güclü fırtına barədə xəbərdarlıq etdi. Avqustun 31-də gözlənilən təhlükəli meteoroloji şərait nələri vəd edir?

en ru

Milli Hidrometeorologiya Xidməti avqustun 31-də Bakıda və yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.

Xidmətdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, Naxçıvan, Göygöl, Gəncə, Samux, Ağstafa, Qazax, Daşkəsən, Tovuz, Gədəbəy, Qusar, Şəmkir, Xızı, Xaçmaz, Şabran, Siyəzən, Qobustan, Şirvan, Hacıqabul, Neftçala, Ağdam, Mingəçevir, Yevlax, Tərtər, Bərdə, Biləsuvar, Salyan, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Kəlbəcər, Laçın, Füzuli, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Cəbrayılda sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi, Goranboy, Naftalan, Culfa, Ordubadda narıncı xəbərdarlığa uyğun olaraq isə şərq küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Hava proqnozu

23° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 25° 21°
  2. Sabah Tutqun 25° 21°
  3. Birigün Günəşli 25° 21°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…