Əsas məzmuna keç

Yol Polisi sürücülərə leysanla bağlı xəbərdarlıq etdi

Yol Polisi sürücülərə leysanla bağlı xəbərdarlıq etdi

Milli Hidrometeorologiya Xidməti Bakı və bölgələrdə leysan, dolu və şimşək proqnozlaşdırır. BDYPİ sürücü və piyadaları qəzalardan qorunmaq üçün nəyə diqqət etməlidir?

en ru

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, avqustun 31-də Bakı və yarımadasında, eləcə də respublikanın bir sıra bölgələrində yağışlı və küləkli gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, bəzi ərazilərdə dolu düşəcəyi proqnozlaşdırılır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Baş Dövlət İdarəsi leysan yağışlarının üçün yarada biləcəyi təhlükələri nəzərə alaraq sürücüləri xüsusilə diqqətli olmağa çağırır.

İntensiv yağıntılar zamanı görmə məsafəsinin azalması, yol örtüyünün sürüşkənləşməsi, ayrı-ayrı ərazilərdə su yığılması və vasitəsinin idarəetmədən çıxması riskinin artması nəzərə alınmalıdır. Sürücülərə sürət həddini hava və yol şəraitinə uyğun seçmək, ara məsafəsini artırmaq, kəskin manevr və qəfil tormozlamadan çəkinmək tövsiyə olunur.

Eyni zamanda, güclü küləyin hərəkətə əlavə çətinlik yarada biləcəyi nəzərə alınaraq, xüsusilə qoşqulu, tentli, uzunölçülü və iriqabaritli nəqliyyat vasitələrinin sürücüləri daha ehtiyatlı olmalı, daşınan yükün etibarlı bərkidilməsinə diqqət yetirməlidirlər.

Piyadalardan isə leysan yağışları zamanı məhdud görünmə şəraitini nəzərə almaları, yolu yalnız müəyyən edilmiş yerlərdən və təhlükəsizliyə tam əmin olduqdan sonra keçmələri xahiş olunur.

Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını hava şəraitini düzgün qiymətləndirməyə, yollarda maksimum diqqətli və məsuliyyətli davranmağa çağırır.

Hava proqnozu

23° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 25° 21°
  2. Sabah Tutqun 25° 21°
  3. Birigün Günəşli 25° 21°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…