Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ETX: "Narketing163" adlı qruplaşmanın Azərbaycana qarşı kiberhücum cəhdlərinin qarşısı alınıb

2 dəq
Paylaş:
ETX: "Narketing163" adlı qruplaşmanın Azərbaycana qarşı kiberhücum cəhdlərinin qarşısı alınıb

Rəqəmsal İnkişaf və Nazirliyi tabeliyində fəaliyyət göstərən Elektron Xidməti (ETX), Azərbaycana qarşı yönəlmiş ciddi kibertəhdidin qarşısını alıb. "" adlı haker qruplaşmasının təşkil etdiyi cəhdləri vaxtında aşkar edilərək tam zərərsizləşdirilib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə rəsmi məlumatı ETX yayıb.

Qurum tərəfindən aparılan texniki araşdırmalar və indikatorlar əsasında həyata keçirilən korrelyasiya təhlilləri mühüm faktları üzə çıxarıb. Belə ki, sözügedən hücumların əvvəllər də Azərbaycana qarşı yönəldildiyini təsdiqləyən sübutlar müəyyən edilib.

Hücum kampaniyası zamanı hədəf kimi müxtəlif dövlət qurumlarıözəl şirkətlər seçilib. Göndərilən elektron məktublarda məşhur təşkilatların adlarından, loqolarından və rəsmi üslubundan saxta məqsədlə istifadə olunub. Hakerlərin əsas hədəfi istifadəçilərin inamını qazanmaq və məktuba əlavə olunmuş zərərli faylın işə salınmasını təmin etmək olub.

Kiberhücum ssenarisində ən diqqətçəkən məqam zərərli kodun müəyyən hissəsinin .az domen zonasındakı resurs vasitəsilə yayılmasıdır. Sosial mühəndisliyin klassik nümunəsi olan bu metod, texniki boşluqlardan çox, psixoloji təsir yolu ilə istifadəçiləri zərərli əməliyyatları icra etməyə təhrik edir.

Xidmət tərəfindən aparılan operativ araşdırma nəticəsində .az domen zonasında həmin zərərli resurs müəyyənləşdirilib. Dərhal görülən tədbirlər sayəsində zərərli faylın ölkə daxilində yayılması dayandırılıb.

İnsidentlə əlaqədar detallı məlumatlar və əlavə indikatorlar ETX-nin istifadəyə verdiyi "İnsident Məlumatlarının Mübadiləsi Platforması"nda (https://misp.cert.az) paylaşılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: İKT

Hamısına bax