Əsas məzmuna keç

Azərbaycanda hava şəraiti dəyişib: Bəzi bölgələrə yağış yağır

Azərbaycanda hava şəraiti dəyişib: Bəzi bölgələrə yağış yağır

Sinoptiklərin proqnozuna görə, Bakı və Abşeron yarımadasında qeyri-sabit şərait hökm sürür. Güclü külək və düşən yağıntı havanı nə dərəcədə sərinlədəcək?

ru en

Azərbaycanda bəzi yerlərdə yağıntılı müşahidə olunur.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, bəzi yerlərdə yağıntılar leysan xarakterli intensiv olub. Bakıda və yarımadasında 30 mm-dək alınıb ki, bu da aylıq normanın 133 %-ni təşkil edir.

Respublikanın rayonlarında düşən yağıntının miqdarı Xızıda 23, Astarada 18, Qobustanda 17, Ağdamda 14, Sabirabad, Lənkəran və Şamaxıda 10, Xaltan, Tərtər və Lerikdə 9, Zərdabda 8, Kürdəmirdə 7, Şirvanda 4, Yardımlıda 3, Qax (Sarıbaş), Xınalıq, Quba, Göyçayda 2, Cəbrayıl, Bərdə, Qusar, Qrız, Oğuz, Şəki (Kişçay), Biləsuvar, Naftalan, Balakən, Zaqatala, Gəncə, Goranboy, Daşkəsən, Göygöl, Yevlax, Ordubad, Beyləqan, İmişli, Şahdağ, Şabranda 1 mm-dək olub.

Müşahidə olunan şəraiti sentyabrın 8-i səhər saatlarından tədricən zəifləyərək 8-13 m/s-yə çatıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…