Əsas məzmuna keç

Sabahın hava proqnozu: Yağış və qar gözlənilir

Sabahın hava proqnozu: Yağış və qar gözlənilir

Bakı və Abşeronda 16, rayonlarda 19 dərəcə isti olacaq. Milli Hidrometeorologiya Xidmətinin duman, külək və yağıntı ilə bağlı son xəbərdarlığına dərhal baxın.

en ru

Fevralın 20-si üçün Azərbaycanda gözlənilən açıqlanıb. Paytaxt Bakı və yarımadasında hava əsasən yağmursuz keçəcək, rayonlarda isə bəzi yerlərdə , dağlıq ərazilərdə isə qar gözlənilir.

Bakıda və Abşeron yarımadasında hava necə olacaq?

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, arabir tutqun və əsasən yağmursuz olacaq.

Lakin 19-dan 20-nə keçən gecə bəzi yerlərdə çiskinli yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-7° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət isə gecə 70-75 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə isə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.

Səhər saatlarında yağıntılar tədricən kəsiləcək və gün ərzində hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Mülayim qərb küləyi gecə və səhər bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 15-19° isti, dağlarda isə gecə 2-6° isti, gündüz 6-11° isti olacaq.

Hava proqnozu

23° Bakıda indiTutqun
  1. Bu gün Tutqun 25° 21°
  2. Sabah Tutqun 25° 21°
  3. Birigün Günəşli 25° 21°
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…