Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş hesab olunan daha 17 şəhidin nəşi dəfn olunacaq.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin-şəhidlərin dəfn mərasimlərinə dair məlumat yayıb.
Kimlikləri müəyyən edilən itkin-şəhidlərin 16-sı hərbçi, biri isə mülki şəxsdir.
Mülki şəxs Əhmədova Zibeydə Bədəl qızı fevralın 20-də Xocalı şəhəri, Şəhidlər xiyabanında dəfn ediləcək.