Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ilkin qiymətləndirmələr zamanı bir milyondan çox minanın olduğu aşkarlanıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan Pavilyonunda keçirilən “Münaqişədənsonrakı şəhərlərdə yenidənqurma: Humanitar minatəmizləmə fəaliyyətinin kritik rolu” mövzusunda tədbirdə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov deyib.
O qeyd edib ki, 1991-ci ildən 2020-ci il noyabrın 10-dək mina səbəbindən 2418 nəfər yaralanıb, 530 nəfər həlak olub, klaster bombaları nəticəsində yaralanan və ya dünyasını dəyişənlərin sayı isə 131 nəfərdir.
“2020-ci il noyabrın 10-dan 2025-ci il mayın 22-dək mina səbəbindən 352 nəfər yaralanıb, 73 nəfər həlak olub.
Ümumi mina qurbanlarının sayı 3500-dən çoxdur. Onlardan 302-si uşaqlar və gənclər, 38 nəfəri isə qadınlardır”, - deyə Samir Poladov bildirib.