Əsas məzmuna keç

Ötən tədris ilində Özbəkistanın 67 vətəndaşı Azərbaycanda, 176 vətəndaşımız Özbəkistanda təhsil alıb

Ötən tədris ilində Özbəkistanın 67 vətəndaşı Azərbaycanda, 176 vətəndaşımız Özbəkistanda təhsil alıb

Eğitim sahəsində əməkdaşlıq genişlənir: Azərbaycan və Özbəkistan universitetləri arasında tələbə mübadiləsi və akademik körpülərin qurulması sürətlənib.

en ru

2025-2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşı Azərbaycanda, Azərbaycanın 176 vətəndaşı isə Özbəkistanda təhsil alıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində deyib.

İlham Əliyev vurğulayıb ki, 2023-cü və 2025-ci illərdə Azərbaycan Mədəniyyəti Günlərinə, 2024-cü ildə Özbəkistan Azərbaycan Mədəniyyəti Günlərinə ev sahibliyi edib, həmin il Xivə şəhərində "Şuşa Günləri" keçirilib:

"Özbəkistandan gələn geniştərkibli Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsində iştirak edib.

Biz fəxr edirik ki, qardaş ölkəmizin ən qədim və nüfuzlu müəssisələrindən biri olan Özbəkistan Milli Pedaqoji Universiteti dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyır.

Keçən il əziz qardaşım Prezident Şavkat Miromonoviçlə birlikdə Bakının mərkəzində təməlini qoyduğumuz 5 hektar sahəsi olan "Özbəkistan" parkı qardaşlığımızın daha bir rəmzinə çevriləcək.

Fondu tərəfindən həyata keçirilən təşəbbüslər və layihələr iki ölkə arasında mədəni və humanitar əməkdaşlığın genişləndirilməsində böyük əhəmiyyətə malikdir".

İ.Əliyev bildirib ki, təhsil sahəsində əməkdaşlıq Azərbaycan ilə Özbəkistan arasında mədəni-humanitar tərəfdaşlığın aparıcı sahələrindən biri kimi çıxış edir:

"2025-2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşı Azərbaycanda, Azərbaycanın 176 vətəndaşı isə Özbəkistanda təhsil alıb".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…