Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Narkotik təsiri altında yük avtomobili idarə edən şəxs həbs edilib

2 dəq
Paylaş:
Narkotik təsiri altında yük avtomobili idarə edən şəxs həbs edilib

Narkotik altında yük avtomobili idarə edən şəxs həbs edilib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Baş Dövlət İdarəsindən məlumat verilib.

Bildirilib ki, Bakı–Quba yolunun 129-cu kilometrliyində "DAF" markalı, 19 BX 609 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü Azad Tahir oğlu elektron tərəzi qurğusunun yerləşdiyi yol sahəsinə yaxınlaşarkən nəzarətdən yayınmaq məqsədilə vasitəsini təhlükəli vəziyyətdə geriyə hərəkət etdirərək digər hərəkət iştirakçıları üçün təhlükə yaradıb.

Həmin qanunazidd hərəkətlər kameralar vasitəsilə aşkar olunub və vasitəsi dərhal YPX əməkdaşları tərəfindən saxlanılıb.

Yoxlama zamanı nəqliyyat vasitəsinin çəkisinin normadan artıq olduğu, sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı, eləcə də onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilib.

Fakt üzrə müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar məhkəməyə göndərilib, məhkəmənin qərarı ilə A. Şivəxanov 30 gün müddətində inzibati qaydada həbs edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax