Dubay hava limanı gecə baş verən dron hücumundan sonra bəzi uçuşları tədricən bərpa edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Əmirlik hakimiyyəti sosial media hesablarında məlumat yayıb.
Paylaşımda bildirilib ki, Mülki Aviasiya İdarəsi ehtiyat tədbiri olaraq tətbiq edilən müvəqqəti dayandırmadan sonra Dubay Beynəlxalq Hava Limanından seçilmiş istiqamətlərə bəzi uçuşların bərpa olunduğunu elan edib.
Qeyd edilib ki, dünən gecə Dubay hökuməti beynəlxalq hava limanı yaxınlığında pilotsuz uçuş aparatının hücumu nəticəsində yanacaq çənlərindən birinə zərər dəydiyini açıqlayıb. Hadisə yerində yanğın baş verib.
İlkin məlumatlara görə, insident nəticəsində xəsarət alan olmayıb.
Hadisə ilə əlaqədar olaraq Dubay Beynəlxalq Hava Limanı bir müddət təyyarələrin qəbulunu və yola salınmasını dayandırmışdı.