Əbu-Dabinin Bəni-Yas rayonunda vurulan ballistik raketin qalıqlarının düşməsi nəticəsində bir Pakistan vətəndaşı həlak olub. Hadisə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə qüvvələrinin raketi havada zərərsizləşdirməsindən sonra baş verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə rəsmi məlumat BƏƏ hökumətinin mətbuat xidməti tərəfindən sosial şəbəkələrdə yayılıb.
"Əbu-Dabinin səlahiyyətli xidmətləri hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan ballistik raketin qalıqlarının Bəni-Yas rayonuna düşməsi nəticəsində baş verən hadisəyə dərhal reaksiya verib", - deyə rəsmi məlumatda qeyd olunur.