ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin əməkdaşları ölkə lideri Donald Trampın ikinci prezidentlik dövrünün başlamasından bəri miqrantlara qarşı güc tətbiqini artırıblar.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, miqrantlara qarşı fiziki güc, elektroşokerlər və bibər qazı da daxil olmaqla kimyəvi maddələrdən istifadə olunur.
Tramp administrasiyasının ilk ilində ən azı 780 belə hadisə qeydə alınıb və keçmiş ABŞ prezidenti Co Baydenin administrasiyasının son ili ilə müqayisədə güc tətbiqi hallarının sayı 37% artıb.
Güc tətbiq edilən insanların sayı ötən illə müqayisədə 54% artaraq 1330-a çatıb.
ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin əməkdaşları bəzən yemək və su, tibbi yardım və ya şəxsi əşyalarının qaytarılmasını tələb edən saxlanılanlara qarşı güc tətbiq edirdilər.