ABŞ yaxın günlərdə İrana qarşı hərbi zərbələr endirə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə respublikaçı senator Ted Kruz "CNBC" telekanalına verdiyi müsahibəsində bildirib.
Senatorun sözlərinə görə, Vaşinqtonun bir neçə gün ərzində məhdud hərbi əməliyyatlar keçirməsi ehtimalı olduqca yüksəkdir.
Lakin o, ABŞ qoşunlarının iştirakı ilə hər hansı quru əməliyyatının keçirilməyəcəyini vurğulayıb.
Ted Kruz qeyd edib ki, hazırda İran hökuməti heç vaxt olmadığı qədər zəifdir.
O, Vaşinqtonun əsas məqsədinin İran xalqına öz hökumətlərini devirmək üçün imkan yaratmaq olduğunu bildirib.
Bundan əvvəl "CIA"in (Mərkəzi Kəşfiyyat İdarəsi) keçmiş əməkdaşı Mark Fauler də bənzər mövqe nümayiş etdirərək, İranda hakimiyyət dəyişikliyinin məhz ölkə vətəndaşları tərəfindən həyata keçirilməli olduğunu qeyd etmişdi.