ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) İranın ali rəhbəri Əli Xamenei də daxil olmaqla, ölkənin yüksək vəzifəli siyasətçilərinin hərəkətlərini bir neçə ay ərzində izləyib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə "Associated Press" mənbələrə istinadən məlumat yayıb.
Onların məlumatına görə, əldə edilən kəşfiyyat xəbərləri birbaşa israillilərə ötürülüb.
Agentlik bildirib ki, zərbələrin vaxtı məhz bu strateji məlumatlara əsasən tənzimlənib.