ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İran bu gün çox güclü zərbə alacaq.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, o bu barədə "Truth Social" platformasında paylaşım edib.
"Bu gün İran çox güclü zərbə alacaq! İranın davranışına görə indiyədək hədəf kimi nəzərdən keçirilməyən ərazilər və əhali qruplarının tam məhv edilməsi məsələsi ciddi şəkildə müzakirə olunur", - deyə o qeyd edib.