Əsas məzmuna keç

Tramp İrandakı etirazlarla bağlı xəbərdarlıq edib

Tramp İrandakı etirazlarla bağlı xəbərdarlıq edib

ABŞ prezidenti İrana etirazlarla bağlı xəbərdarlıq edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə o özünün “ ” hesabında yazıb.

“ İran dinc etirazçılara zorakılıqla atəş açsa və onları öldürsə, hansı ki bu onların adətidir, ABŞ etirazçıların köməyinə gələcək. Biz ora getməyə tam hazırıq” , - Tramp qeyd edib.

Qeyd edək ki, son bir neçə gün ərzində İranın müxtəlif şəhərlərində iqtisadi vəziyyətin pisləşməsi ilə bağlı hökumət əleyhinə etiraz aksiyaları keçirilir.

Etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalarda ölən və yaralananlar var.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…