Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Tramp İrana qarşı “böyük qələbə” elan etdi

2 dəq
Paylaş:
Tramp İrana qarşı “böyük qələbə” elan etdi

ABŞ Prezidenti İranla davam edən qarşıdurmanın altıncı ayında Vaşinqtonun Tehran üzərində böyük qələbə qazandığını açıqlayıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, sülh danışıqlarına qayıtmaq üçün konkret vaxt qrafikinin olmadığını və prosesin nə qədər davam etməsindən asılı olmayaraq danışıqların davam etdiriləcəyini bildirib.

Bu açıqlamalar fonunda ABŞ Hərbi Dəniz Qüvvələrinin Yaxın Şərqə yeni təyyarədaşıyan gəmi göndərməyə hazırlaşdığı məlum olub. “” təyyarədaşıyan gəmisinin bölgədə xidmət edən “USS George Washington” gəmisini əvəz edəcəyi və ən azı yeddi aylıq missiya həyata keçirəcəyi bildirilir.

İran rəsmiləri isə Hörmüz boğazında keçid təhlükəsizliyi ilə bağlı Omanın vasitəçiliyi ilə aparılan danışıqlarda hələlik yekun razılığın əldə olunmadığını açıqlayıblar.

Bununla yanaşı, İran Müdafiə Şurasının rəsmisi Möhsün Rzayi Trampın kiçik oğlu Barron Trampa qarşı sui-qəsd planlaşdırıldığı barədə iddiaları təkzib edib. Rzayi Livanın “El-Menar” telekanalına açıqlamasında yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib. ABŞ Gizli isə İran dövlət televiziyasında Barron Trampı hədəf alan videoların yayımlandığından xəbərdar olduğunu açıqlayıb.

Tramp “Əl-Cəzirə” telekanalına müsahibəsində İran iqtisadiyyatının çökmək üzrə olduğunu və ölkənin hiperinflyasiya ilə mübarizə apardığını deyib. Hörmüz boğazında tankerin vurulması ilə nəticələnən insidentdən sonra dəniz ticarətində ciddi çətinliklər yaranıb. Bununla yanaşı, neft qiymətlərində də eniş müşahidə olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə