Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarında neçə hərbçisi yaralanıb?

2 dəq
Paylaş:
ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarında neçə hərbçisi yaralanıb?

ABŞ-nin İrana qarşı keçirdiyi əməliyyatlarda yaralanan amerikalı hərbçilərin sayı 624 nəfərə çatıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, həm iyulun 7-də başlayan yeni gərginlik mərhələsi, həm də fevralın 28-dən davam edən müharibə dövrü üzrə olan və yaralanan hərbçilərlə bağlı statistik məlumatları dərc etməyə başlayıb.

Pentaqonun son məlumatına əsasən, iyulun 7-dən bəri 207 ABŞ hərbçisi yaralanıb. Beləliklə, münaqişə başlayandan bəri yaralananların ümumi sayı 624 nəfərə yüksəlib.

" "in məlumatına əsasən isə son hücumlarda həlak olan dörd ABŞ hərbçisinin adı artıq İranla müharibədə itkilərin rəsmi siyahısında yer almır. Onlar ayrıca kateqoriyaya keçirilib.

Qeyd edək ki, bu dəyişiklikdən əvvəl Pentaqonun rəsmi saytında İranla müharibədə həlak olan ABŞ hərbçilərinin sayı 18 nəfər göstərilirdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax