Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ hökuməti Minnesotada qeyri-qanuni miqrantlara qarşı əməliyyatları dayandırdı

2 dəq
Paylaş:
ABŞ hökuməti Minnesotada qeyri-qanuni miqrantlara qarşı əməliyyatları dayandırdı

ABŞ hökuməti ştatında qeyri-qanuni miqrantlara qarşı həyata keçirilən genişmiqyaslı təzyiq və əməliyyatları rəsmən dayandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə müvafiq qurumun rəsmisi Homan keçirdiyi konfransında məlumat verib.

Homan bildirib ki, 2025-ci ilin dekabrından bəri davam edən nəticəsində Minnesota artıq cinayətkarlar üçün təhlükəsiz sığınacaq hesab olunmur.

O, ABŞ Prezidenti Donald Trampa əməliyyatların dayandırılmasını təklif etdiyini və bu təklifin qəbul olunduğunu vurğulayıb.

Qərara əsasən, Minneapolisdə fəaliyyət göstərən 700 əməkdaş bu həftədən etibarən bölgəni tərk etməyə başlayıb.

Minnesota qubernatoru Tim Valz da əməliyyatların yaxın günlərdə tamamilə yekunlaşacağını gözlədiyini ifadə edib.

Rəsmi rəqəmlərə görə, ICE (İmmiqrasiya və Gömrük Mühafizəsi) tərəfindən -St. Paul bölgəsində keçirilən reydlər zamanı 4 mindən çox şəxs saxlanılıb.

Xatırladaq ki, sözügedən əməliyyatlar ciddi qalmaqallarla müşayiət olunub. Yanvarın 7-də ICE əməkdaşları tərəfindən Renee Nicole Macklin Good adlı ABŞ vətəndaşı, yanvarın 24-də isə Alex Jeffrey Pretti adlı tibb bacısı güllələnərək öldürülüb. Bu hadisələr ölkə daxilində böyük etiraz dalğasına və federal qurumların fəaliyyətinin kəskin tənqid olunmasına səbəb olmuşdu.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax