ABŞ məhkəməsi Dövlət Departamentinin bir sıra ölkə vətəndaşlarına tətbiq etdiyi immiqrantlarla bağlı viza məhdudiyyətini ləğv edib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Manhetten Federal Dairə Məhkəməsinin hakimi Cinet Varqas siyasətin federal miqrasiya qanunlarına zidd olduğunu bildirib.
Məhkəmənin qərarına əsasən, şəxsin yalnız vətəndaşlığına görə viza verilməsinin məhdudlaşdırılması qanuni tələbləri pozur. Hakim həmçinin Dövlət katibi Marko Rubionun konsulluq orqanlarının viza prosesinə müdaxilə səlahiyyətlərini aşdığını qeyd edib.
Yanvar ayında tətbiq olunan məhdudiyyətlər Braziliya, Kolumbiya, Misir, Haiti, Somali və Rusiya da daxil olmaqla təxminən 40 ölkənin vətəndaşlarına təsir edib.
Tramp administrasiyası qərarı milli təhlükəsizlik və sosial yardımlardan asılılığın azaldılması ilə əsaslandırsa da, məhkəmə bu arqumentləri kifayət qədər hüquqi əsas hesab etməyib.