Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

ABŞ-nin ticarət naziri Epşteynin adasına səfər etdiyini etiraf etdi

1 dəq
Paylaş:
ABŞ-nin ticarət naziri Epşteynin adasına səfər etdiyini etiraf etdi

-nin ticarət naziri Lütnik amerikalı Epşteynin şəxsi adasına ailəvi səfər etdiyini edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı "The New York Times" (NYT) nəşri yayıb.

Məlumata görə, ABŞ Senatındakı dinləmələr zamanı Lütnik Epşteynlə münasibətlərini kəsdiyini iddia etdiyi dövrdən illər sonra onunla görüşdüyünü təsdiqləyib.

Nazir bildirib ki, 2012-ci ildə yaxta ilə ailəvi istirahət zamanı həyat yoldaşı, uşaqları və dayələri ilə birlikdə qalmaqallı maliyyəçinin adasında nahar ediblər.

Sözügedən səfərin zamanı xüsusi diqqət çəkir. Belə ki, bu görüş Epşteynin azyaşlıları fahişəliyə cəlb etməkdə təqsirli bilinərək federal prokurorlarla razılığa gəlməsindən dörd il sonra baş tutub. Xatırladaq ki, maliyyəçi 2008-ci ildə rəsmən təqsirli bilinmişdi.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax